Şriftin ölçüsü :

Saytın rəngi :

Fəaliyyət

 Sosial-iqtisadi sahədə:
- Məhsul buraxılışı 2003-cü illə müqayisədə 2014-cü ildə 7,0 dəfə artaraq 225,2 mln. manata, kənd təsərrüfatının ümumi məhsulu 6,4 dəfə artaraq 114,5 mln. manata çatmışdır. Əsas kapitala yönəldilmiş investisiyalar 24,9 dəfə artaraq 53,4 mln. manat, o cümlədən tikinti-quraşdırma işlərinin həcmi 25,6 dəfə artaraq 51,4 mln. manat təşkil etmişdir;
- 2004-2014-cü ilin ötən dövrü ərzində Sahibkarlığa Kömək Milli Fondu vasitəsi ilə 94 sahibkara 12,3 mln. manat güzəştli kredit ayrılmışdır. 2007-2014-cü ilin ötən dövrü ərzində kənd təsərrüfatı məhsulları istehsalçılarına 5,5 mln manat subsidiya verilmişdir;
- 2004-2014-cü illərdə 3745-i daimi olmaqla 4476 yeni iş yeri açılmışdır.
- Səhiyyə Nazirliyi tərəfindən 2007-ci ildə 50 çarpayılıq xəstəxana və 2009-cu ildə Uşaq Tibb Mərkəzi tikilib istifadəyə verilmişdir;
- Heydər Əliyev Mərkəzi və Ümummilli liderin adını daşıyan park yenidən qurulmuş və abidəsi ucaldılmışdır. Bayraq meydanı, 4 istirahət parkı, Qarabağ müharibəsi əlilləri və şəhid ailələri üçün 2 mərtəbəli 16 mənzilli yaşayış binası, kərpic zavodu, 2 min tonluq soyuducu anbar inşa edilmiş, rayonun idarə və müəssisələri üçün 12 inzibati bina və 2 yataqxana binası tikilib istifadəyə verilmiş, İpək yolundan “Pir Hüseyn” Xanəgahı tarix-memarlıq qoruğuna gedən 18 km-lik yola və 37 km-lik Hacıqabul-Paşalı-Tağılı avtomobil yoluna asfalt örtüyü qoyulmuşdur.
- Rayon mərkəzi də daxil olmaqla 31 yaşayış məntəqəsi tam qazlaşdırılmışdır. Şəhərin elektrik təsərrüfatı yenidən qurulmuş, SİP kabellər çəkilmiş, mənzillərə smart-kart tipli sayğaclar quraşdırılmışdır;
- Şəhər daimi içməli su ilə təmin olunmuş, şəhərin su və kanalizasiya təchizatının tam təmin edilməsi məqsədi ilə 100,9 min metr su xətti, 22,4 min metr kanalizasiya xətti çəkilmişdir.
- İllik istehsal gücü 3,6 mln kv.m yerüstü və üzlük plitə olan “Gilan Seramik” MMC-nin tikinti materialları istehsalı zavodu istifadəyə verilmiş, tutumu 7,0 mln kub metr olan Pirsaatçay su anbarının yenidənqurulması işləri başa çatmış,  55 km-lik Baş suvarma kanalının çəkilişi isə davam etdirilir;
- 2010-cu ildə baş vermiş təbii fəlakət nəticəsində zərər çəkmiş ailələr üçün 256 fərdi yaşayış evi tikilmiş, 19 evdə Bərpa-gücləndirmə işləri aparılmış, 60 ev təmir olunmuşdur. Meyniman kənd tam orta məktəbi, və icra nümayəndəliyinin inzibati binası əsaslı təmir olunmuş, yeni həkim ambulatoriyası tikilmiş, 492 ailəyə 593,4 min manat kompensasiya ödənilmişdir;
- 4280 şagird yerlik 15, o cümlədən Heydər Əliyev Fondunun təşəbbüsü ilə 1420 şagird yerlik 7 məktəb binası inşa edilmiş, 928 şagird yerlik 49 əlavə sinif otağı tikilmiş, 4530 şagird yerlik 12 məktəb binası əsaslı təmir olunmuşdur. 55 yerlik “Gündüz” uşaq bağçası əsaslı təmir olunmuş, 50 yerlik “Lalə” uşaq bağçası istifadəyə verilmişdir, Heydər Əliyev Fondu tərəfindən tikiləcək hər biri 100 yerlik olan 2 uşaq bağçasından 1-nin inşası başla çatmaq üzrədir.
 

 Aqrar sahədə:
İqtisadiyyatımızın əsasını aqrar bölmə təşkil edir. Rayonda aqrar islahatların uğurla həyata keçirilməsi kənd təsərrüfatının dinamik inkişaf etdirilməsinə, sahədə qazanılan uğurları ilbəil artırmağa zəmin yaradır.
2013-cü il ərzində zəmilərdən 36542 ton taxıl yığılmışdır ki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə 1715 ton çoxdur. Bostan, tərəvəz və meyvə istehsalında da mühüm artıma nail olunmuşdur. Ötən il 23882 ton bostan, 18959 ton tərəvəz, 10997 ton meyvə, 417 ton kartof, 468 ton qarğıdalı, 103 ton günəbaxan məhsulları yığılmışdır. Ət istehsalı 5831 ton, süd istehsalı 17168 ton, yun istehsalı 223 ton, yumurta istehsalı isə 280,4 milyon ədəd olmuşdur. Bu isə ötən ilin eyni dövrü ilə müqayisədə 1087 ton süd, 221 ton ət, 2 ton yun və 112,4 milyon ədəd yumurta çoxdur. İri buynuzlu mal-qaranın baş sayı 37,2 minə, xırda buynuzluların sayı isə 132,3 min başa çatmışdır.
„Kənd təsərrüfatı məhsulları istehsalçılarına dövlət dəstəyi haqqında” Respublika Prezidentinin sərəncamı əsasında rayonumuzun 2573 nəfər kənd əməkçisinə 657,2 min manatlıq subsidiya verilmişdir. Ötən ildə bu qayda ilə kənd əməkçilərimizə 50 % güzəştlə 259 ton azot gübrəsi verilmişdir ki, bu da əvvəlki illə müqayisədə 54,3 ton çoxdur.
Ağsu rayonu ərazisindən başlayan 55 kilometrlik Baş Şirvan kanalı artıq rayonumuzun Padar yaşayış məntəqəsinin ərazisinə çatmışdır.
Bu gün rayonumuzda 78 kəndli fermer təsərrüfatı fəaliyyət göstərir ki, onlarda da 800 nəfərə yaxın işçi çalışır. Kənd təsərrüfatı ilə fərdi qaydada məşğul olan fiziki şəxslərin sayı isə 7 min nəfərdən artıqdır.

Keçidlər