Şriftin ölçüsü :

Saytın rəngi :

Qasımov Elman Yunis oğlu

2021/05/fsf-1621680489.jpg

Elman Qasımov (tam adı: Elman Yunis oğlu Qasımov; 8 noyabr 1999, Hacıqabul rayonu – 9 oktyabr 2020, Tərtər rayonu) — Azərbaycan Silahlı Qüvvələrinin əsgəri, Vətən müharibəsinin şəhidi.

Elman Qasımov Yunis oğlu 8 noyabr 1999-cu ildə Azərbaycan Respublikasının Hacıqabul rayonunda anadan olmuştur. 2005-ci ildə Hacıqabul rayonunun Udulu kəndinin tam orta məktəbinə daxil olmuşdur. 2016-ci ildə isə, həmin məktəbin məzunu olmuşdur. Eyni ilin iyul ayında, Gəncə Dövlət Regional Kollecinə daxil olmuşdur. Hələ uşaq yaşlarından idmana marağı olduğundan, idman ixtisasını seçmək qərarına gəlmişdir. 2019-cu ildə isə kolleci bitirmişdir.

Elman Qasımov 2019-cu ilin iyul ayında müddətli hərbi xidmətə yollanmışdır. Hərbi xidmətdən dönməsinə bir neçə ay qalmış, 27 sentyabr 2020-ci ildə İkinci Qarabağ müharibəsi başlamışdır. Elman Vətən müharibəsinə qatılaraq, düşmən tapdağı altında olan torpağlarımızın azadlığı uğrunda böyük sücaət göstərmişdir.

Elman Qasımov Tərtər rayonunun Talış və Suqovuşan kəndləri uğrunda gedən döyüşlərdə iştrak etmiş və böyük sücaət göstərmişdir. 9 oktyabr 2020-ci il tarixində isə, Tərtər rayonunun Suqovuşan kəndində düşmən ordusu tərəfindən mühasirəyə düşürək şəhidlik zirvəsinə ucalmışdır. 28 noyabr 2020-ci ildə isə, nəşi ailəsinə təhvil verilmişdir və böyüyüb başa çatdığı Hacıqabul rayonunun Udulu kəndində böyük izdihamla dəfn edilmişdir.

Keçidlər