Şriftin ölçüsü :

Saytın rəngi :

Şıxəliyev Mehti Yalçın oğlu

2021/01/16069-1611679723.jpg

Azərbaycan Ordusunun Xüsusi Təyinatlı Qüvvələrinin giziri, İkinci Qarabağ müharibəsinin şəhidi Mehti Şıxəliyev 16 fevral 1996-cı ildə Hacıqabul rayonunun Meyniman kəndində anadan olub. 2013-cü ildə kənd orta məktəbini bitirib. O, 2014-cü ildə həqiqi hərbi xidmətə çağırılıb.

2016-cı ildə Xüsusi Təyinatlı Qüvvələrin kursunu keçir və müddətdən artıq həqiqi hərbi xidmət qulluqçusu olub. 2016-cı ildə Aprel döyüşlərində iştirak edib. Bundan əlavə bir çox xüsusi və məxfi əməliyyatlarda iştirak edib.

"Mixaylo" ləqəbli Mehdi Şıxəliyev Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda 27 sentyabr 2020-ci il tarixindən başlayan Vətən müharibəsində iştirak edib, ön cəbhədə döyüşərək düşmənin xeyli tankını, zirehli maşınını, 70-dən çox canlı qüvvəsini məhv edib. Cəbrayılın, Füzulinin və Şuşanın azadlığı uğrunda gedən döyüşlərdə savaşıb . O, Laçın dəhlizinə ilk daxil olan hərbçilərdən olub. Mehti Şıxəliyev noyabrın 7-də Şuşa döyüşləri zamanı Daşaltı istiqamətində şəhid olub. Hacıqabul rayonunun Meyniman kəndində dəfn olunub.

Şəhid Şuşada əlbəyaxa döyüşlər zamanı bir neçə erməni hərbçisini məhv edib.

Azərbaycan Ordusunun Xüsusi Təyinatlı Qüvvələrinin giziri, İkinci Qarabağ müharibəsinin şəhidi oğlu ilə sonuncu dəfə oktyabrın 20-də danışdığını deyib:
"Çox gözəl, ağıllı, həm də dəcəl uşaq idi. Pisi yaxşıdan ayırd edə bilirdi. Uşaq vaxtı yalnız tapança ilə müharibə oyunları oynayırdı. Aza qane olurdu, evdəki vəziyyəti başa düşürdü. İdmanı, “turnik”də məşq etməyi, üzməyi, karateni çox sevirdi. Dərslərini da yaxşı oxuyurdu. Hər kəsdən seçilirdi, fərqli idi. Yadıma gəlir, o vaxt özünə “turnik” düzəltmişdi. Elə hər şey ordan başladı. Bir də xarici musiqiləri xoşlayırdı. Ən çox Anriq İqlesiyası dinləyirdi.

Onun xəyalları çox idi. Özünə şəhərdən ev alıb, ailə qurmaq fikrində idi. Sevdiyi vardı, mənə demişdi. Biz Mehti ilə həm də dost, sirdaş kimi idik. Ailədə ən çox bir-birimiz bağlı olmuşuq. Ən çox məni istəyirdi, elə mən də onu. Ona görə bacı və qardaşları Mehtini qısqanırdılar. Qeyd edim ki, onun hərbçi olmağında da dəstəyim var"
Azərbaycanın ərazi bütövlüyünün bərpa edilməsində xüsusi xidmətlərinə və işğal olunmuş ərazilərin azad olunması zamanı düşmənin məhv edilməsi üzrə qarşıya qoyulmuş döyüş tapşırığını yerinə yetirən zaman göstərdiyi qəhrəmanlıq nümunəsinə görə, həmçinin hərbi qulluq vəzifəsini yerinə yetirən zamanı igidliyin və mərdliyin nümayiş etdirilməsinə görə  Azərbaycan Prezidenti İlham Əliyevin 09.12.2020-ci il tarixli Sərəncamına əsasən Mehti Şıxəliyev  "Qarabağ" ordeni  ilə təltif edilib.Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin  15.12.2020-ci il tarixli Sərəncamına əsasən Mehti Şıxəliyev ölümündən sonra  "Vətən uğrunda" medalı  ilə təltif edilib.Azərbaycanın Cəbrayıl rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə  Azərbaycan Prezidenti İlham Əliyevin 29.12.2020-ci il tarixli Sərəncamına əsasən Mehti Şıxəliyev ölümündən sonra "Cəbrayılın azad olunmasına görə" medalı  ilə təltif edilib.

Azərbaycanın Füzuli rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 25.12.2020-ci il tarixli Sərəncamına əsasən Mehti Şıxəliyev ölümündən sonra  "Füzulinin azad olunmasına görə" medalı  ilə təltif edildi.

Azərbaycanın Şuşa rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 29.12.2020-ci il tarixli Sərəncamına əsasən Mehti Şıxəliyev ölümündən sonra  "Şuşanın azad olunmasına görə" medalı  ilə təltif edilib.

Azərbaycanın Xocavənd rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 24.06.2021-ci il tarixli Sərəncamına əsasən Mehti Şıxəliyev ​ölümündən sonra "Xocavəndin azad olunmasına görə" medalı ilə təltif edilib.

Azərbaycanın Kəlbəcər rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 24.06.2021-ci il tarixli Sərəncamına əsasən Mehti Şıxəliyev ​ölümündən sonra "Kəlbəcərin azad olunmasına görə" medalı ilə təltif edilib.

Keçidlər