Şriftin ölçüsü :

Saytın rəngi :

Nurzaliyev Elməddin Səfər oğlu

2021/05/13845-1621889634.jpg

44 gün davam edən Vətən Müharibəsi nəticəsində Azərbaycan öz dədə-baba torpaqlarını mənfur düşməndən xilas etdi. Torpaqlarımızın işğaldan azad edilməsində Azərbaycanın vətənpərvər oğulları canlarından keçiblər. Vətən Müharibəsində şəhid olmuş qəhrəmanlarımızdan biri də Elməddin Nurzaliyevdir.

Nurzaliyev Elməddin Səfər oğlu 1996-cı ilin noyabrın 22-də anadan olub.

İgidimiz 2019-cu ilin aprelində əsgərliyə, hərbi xidmətə yollanıb, xidmətini Cəlilabadda, Göytəpədə çəkib…

Hərbi xidməti başa vursa da, İkinci Vətən Müharibəsi, hərbi səfərbərliklə bağlı xidmət müddəti uzadılıb.

Azərbaycan Ordusunun əsgəri olan Elməddin Nurzaliyev 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi üçün başlanan Vətən müharibəsində Kəlbəcər, Cəbrayıl, Füzuli və Şuşa rayonlarının işğaldan azad olunmasında fəal iştirak edib.

Müharibənin başa çatmasına saatlar qalmış, noyabrın 9-u axşam Şuşada qəhrəmancasına Şəhidlik məqamına ucalıb.

Şuşa Fatehimiz Şuşanın azad edilməsindən bir gün sonra Şuşada da Şəhadətinə qovuşub və nəşi noyabrın 10-da Hacıqabula gətirilərək, rayon qəbiristanlığında dəfn edilib.

Azərbaycan Prezidenti İlham Əliyevin Sərəncamına əsasən Elməddin Nurzaliyev ölümündən sonra bir sıra medallarla təltif edilib.

1. “Cəsur döyüşçü” medalı;
2. "Vətən müharibəsi iştirakçısı" medalı;
3.“Kəlbəcərin azad edilməsinə görə” medalı;
4.“Xocavəndin azad edilməsinə görə” medalı;
5. “Şuşanın azad edilməsinə görə” medalı;
6.“Şücaətə görə” medalı.

Keçidlər