Şriftin ölçüsü :

Saytın rəngi :

Hacıqabul rayonunda Yeni Azərbaycan Partiyasının təsis edilməsinin 29-cu ildönümü ilə bağlı silsilə tədbirlər keçirilmişdir.

19 noyabr 2021 | 16:00

Yeni Azərbaycan Partiyasının təsis edilməsinin 29-cu ildönümü  ilə əlaqədar Hacıqabul rayon İcra Hakimiyyəti və YAP Hacıqabul rayon təşkilatı tədbirlər planına uyğun ardıcıl tədbirlər həyata keçirir.

Hacıqabul rayon İcra Hakimiyyətinin və YAP rayon təşkilatının təşkil etdiyi növbəti tədbirlərdən biri də ağacəkmə aksiyası oldu. Tədbirdə YAP Hacıqabul rayon təşkilatının rəhbərliyi, Hacıqabul rayon İcra Hakimiyyəti Başçısının müavinləri, rayonda yerləşən idarə-müəsisə rəhbərləri və YAP fəalları iştirak etdilər. Tədbir iştirakçıları ilk öncə Yeni Azərbaycan Partiyasının qurucusu, xalqımızın Ümummilli Lideri Heydər Əliyevin Hacıqabul rayonundakı abidəsini ziyarət edərək önünə gül-çiçək dəstələri düzmüşlər. Tədbir  iştirakçıları rayon Şəhidlər Xiyabanını ziyarət edərək şəhid məzarları önünə gül dəstələri qoyublar.

Daha sonra Hacıqabul-Şirvan avtomobil yolunun kənarında ağacəkmə aksiyası təşkil edildi.

 

Keçidlər