Şriftin ölçüsü :

Saytın rəngi :

Hacıqabul rayonunda şəhid Mehdi Şıxəliyevin ailəsinə “Qarabağ” ordeni təqdim olundu.

07 iyul 2021 | 16:00

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev 9 dekabr 2020-ci il tarixli Sərəncamı ilə Azərbaycan Respublikası ərazilərinin işğaldan azad olunması və ərazi bütövlüyünün bərpa edilməsi zamanı döyüş əməliyyatlarına yüksək peşəkarlıqla rəhbərlik etmiş, hərbi qulluq vəzifəsini yerinə yetirərkən igidlik və mərdlik nümunəsi göstərmiş Silahlı Qüvvələrin hərbi qulluqçularını “Qarabağ” ordeni ilə təltif etmişdir.

Təltif olunanlardan biri də Hacıqabul rayon Meyniman kənd sakini, Xüsusi Təyinatlı Qüvvələrin kiçik giziri, şəhid Şıxəliyev Mehdi Yalçın oğlu idi. 07.07.2021-ci il tarixdə Heydər Əliyev Mərkəzində şəhidin ailəsinə “Qarabağ” ordenini təqdim etmək üçün mərasim təşkil edildi.

Ordenin təqdim olunmasında Hacıqabul rayon İcra Hakimiyyətinin başçısı Rüstəm Xəlilov, RİH məsul işçiləri və Səfərbərlik və Hərbi Xidmətə çağırış üzrə Dövlət Xidmətinin Hacıqabul rayon Şöbəsinin əməkdaşları iştirak etmişdir.

“Qarabağ” ordeni şəhidin atası Yalçın Şıxəliyevə təqdim olunub.

 

Keçidlər