Şriftin ölçüsü :

Saytın rəngi :

Allah bütün şəhidlərimizə rəhmət eləsin.

10 noyabr 2020 | 16:00

Azərbaycan Respublikasının prezidenti cənab İlham Əliyevin 10 noyabr 2020-ci il tarixli xalqa müraciətindən:

"Allah bütün şəhidlərimizə rəhmət eləsin. Onların qəhrəmanlığı, fədakarlığı nəticəsində biz torpaqlarımıza qayıdırıq. Allah bütün yaralı hərbçilərimizə şəfa versin, onlar tezliklə sağalıb normal həyata dönsünlər, onların sağalması üçün də əlimizdən gələni edirik və edəcəyik. Hətta ən ağır vəziyyətdə olan yaralı əsgərimiz, zabitimiz bilməlidir, əlimizdən gələni edəcəyik ki, onu normal həyata qaytaraq. 

Biz bu Qələbəyə görə onlara borcluyuq.

Onlar torpağımızı işğalçılardan qarış-qarış azad edib, onlar bizim bayrağımızı işğal edilmiş və işğaldan azad edilmiş torpaqlarda qaldırıb, bayrağımızı orada dalğalandırıb.

Bu, bizim hamımızın qələbəsidir, bütün Azərbaycan xalqının."

Ali Baş Komandan İlham Əliyev

10 noyabr 2020, 05:50

Keçidlər