Şriftin ölçüsü :

Saytın rəngi :

Ədliyyə naziri Fikrət Məmmədov Hacıqabul rayonunda vətəndaşların qəbulunu keçirib.

31 avqust 2018 | 16:00

Mərkəzi icra hakimiyyəti orqanları rəhbərlərinin şəhər və rayonlarda vətəndaşların qəbulu cədvəlinə uyğun olaraq 31 avqust 2018-ci il tarixdə Ədliyyə naziri Fikrət Məmmədov Hacıqabul rayonundakı Heydər Əliyev Mərkəzində Hacıqabul, Şirvan və Kürdəmir rayonlarından olan vətəndaşların qəbulunu keçirib. 

Qəbuldan əvvəl Ədliyyə naziri Fikrət Məmmədov və rayon İcra Hakimiyyətinin başçısı Əhməd Muxtarov Ulu öndər Heydər Əliyevin abidəsini ziyarət edib, önünə gül dəstələri qoyub əziz xatirəsinə dərin ehtiramlarını bildiriblər. 

Qəbul zamanı vətəndaşların müraciətlərdə qaldırdığı məsələlər diqqətlə dinlənilib,  bir qismi yerində öz həllini tapıb, digər müraciətlər üzrə nazirliyin qəbulda iştirak edən aidiyyəti məsul işçilərinə müvafiq tapşırıqlar verilib. Vətəndaşlar bölgə sakinlərinin qəbulu və müraciətlərinə baxılması üçün rahat və əlverişli şərait yaradılmasından razılıqlarını ifadə edərək, göstərilən diqqət və qayğıya görə Prezident İlham Əliyevə minnətdarlıqlarını bildiriblər.

Keçidlər