Şriftin ölçüsü :

Saytın rəngi :

Hacıqabul şəhərində “15 iyun - Milli Qurtuluş Günü” münasibətilə tədbir.

14 iyun 2018 | 16:00

14 iyun 2018-ci il tarixdə Hacıqabul şəhərində “15 iyun - Milli Qurtuluş Günü” münasibətilə tədbir keçirildi. Tədbirdə rayonun idarə və təşkilat nümayəndələri, məktəblilər və onların valideynləri iştirak etdilər. 

Əvvəlcə Ulu öndər Heydər Əliyevin abidəsi önünə gül-çiçək dəstələri qoyularaq xatirəsi ehtiramla yad edildi. Tədbir Heydər Əliyev Parkında yerləşən açıq kinoteatrda bayram konserti ilə davam edildi.

Ölkəmizin tanınmış müğənnilərinin gözəl mahnı sədaları ilə davam edən konsert proqramı axşam saatlarında atəşfəşanlıqla sona çatdı.

 

Keçidlər