Şriftin ölçüsü :

Saytın rəngi :

Hacıqabul rayonunda Xocalı soyqırımına həsr olunmuş ümumrayon tədbiri keçirildi.

26 fevral 2018 | 16:00

26 fevral 2018-ci il tarixdə Hacıqabul rayonunda Xocalı soyqırımına həsr edilən ümumrayon tədbiri keçirildi.

Rayon İcra Hakimiyyətinin başçısı cənab Əhməd Muxtarov, idarə müəssisə rəhbərləri və rayon ictimaiyyəti əvvəlcə Şəhidlər xiyabanını ziyarət edib, şəhidlərin xatirəsinə ucaldılmış abidə kompleksin önünə gül dəstələri qoyaraq vətən yolunda canından keçmiş şəhidlərimizin xatirəsini böyük ehtiramla yad etdilər. Sonra Xocalı faciəsinə dair çəkilən rəsm və əl işləri ilə tanış oldular.

Anım tədbirində insanlığa sığmayan bu qanlı faciəyə hüquqi-siyasi qiymət verilməsinin vacib olduğu vurğulanıb.

Daha sonra Hacıqabul şəhər Mədəniyyət evində rayon mədəniyyət işçiləri tərəfindən "Donmuş zaman" adlı səhnələşdirilmiş ədəbi-bədii kompozisiya nümayiş etdirilmişdir.

Keçidlər