Şriftin ölçüsü :

Saytın rəngi :

Rayon gənclərinin aprel döyüşləri veteranları ilə görüşü.

07 dekabr 2017 | 16:00

07 dekabr 2017-ci il tarixdə Heydər Əliyev Mərkəzində Rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə "Qarabağın aprel zəfəri" adlı tədbir çərçivəsində gənc və yeniyetmələrin aprel döyüşlərinin veteranları ilə görüşü keçirilmişdir. Tədbirdə Rayon İcra Hakimiyyəti, Rayon Gənclər və İdman idarəsi tərəfindən məruzələr olundu. 

Aprel döyüşlərinin iştirakçıları - “Azərbaycan bayrağı” ordeni ilə təltif olunmuş Tahir Misirxanov, “Şücayətə görə” medalı ilə təltif olunmuş Rizvan Qarayev çıxışlar edərək bu kimi tədbirlərin xüsusilə gənclərin hərbi vətənpərvərlik tərbiyəsində müstəsna əhəmiyyət kəsb etdiyini, gənclərin orduya hazırlanmasında və hərbi peşələrə həvəsləndirilməsində mühüm önəm daşıdığını qeyd etdilər. 

Tədbir aprel döyüşlərinə həsr olunan videoçarxın tamaşı ilə davam edildi.

Keçidlər