Şriftin ölçüsü :

Saytın rəngi :

Tağıyev Röyal Tağı oğlu

2021/09/123-1632817717.jpg

Röyal Tağı oğlu Tağıyev 13 may 1995-ci ildə Hacıqabul rayonunun Qubalıbalaoğlan kəndində anadan olub. Röyal Tağıyev 2013-2015-ci illərdə Azərbaycan Silahlı Qüvvələrində müddətli həqiqi hərbi xidmət keçmişdir.

Azərbaycan Silahlı Qüvvələrinin müddətli həqiqi hərbi xidmət hərbi qulluqçusu olan Röyal Tağıyev 2020-ci il sentyabrın 27-də Azərbaycan və Ermənistan arasında başlanan 2-ci Qarabağ müharibəsi zamanı Cəbrayılın azadlığı uğrunda gedən döyüşlərdə savaşıb. 6 oktyabr 2020-ci ildə Cəbrayıl döyüşləri zamanı vuruşaraq şəhid olmuşdur. Röyal Tağıyev Hacıqabul rayonunun Qubalıbalaoğlan kəndində dəfn olunmuşdur.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin sərəncamlarına əsasən ölümündən sonra "Vətən uğrunda" və "Cəbrayılın azad olunmasına görə" medalları ilə təltif edilib.

Keçidlər